Xəbərlər

MUROV CƏDVƏLDƏ LİDERLİYƏ YÜKSƏLDİ
Bugün kişilər arasında voleybol üzrə Azərbaycan Çempionatında Yüksək Liqa yarışlarında növbəti oyunlar keçirilib. Azerreyl Voleybol Mərkəzində keçirilən oyunlarda il olaraq meydana MOİK və Neftçi komandaları çıxıb. Matç “ağ-qaralar”ın məğlubiyyəti ilə yekunlaşıb. MOİK ilk iki hissədə məğlub olsa da, geridönüş edərək, rəqibini üstələyib. Digər matçda “Murov” autsayder “Sərhədçi” ilə üz-üzə gəlib. Fərid Cəlalovun yetirmələri rəqibini asanlıqla məğlub edib. Bu qələbə “Murov”u liderliyə yüksəldib. Aktivinə 1 xal əlavə edən “Neftçi” mövqeyini qoruyubsa, rəqiblərindən 1 oyun az keçirən “Xilasedici” 3-cü yerə enib. Azərbaycan çempionatı Yüksək Liqa, kişilər 15:00. MOİK – “Neftçi” – 3-2 (16-25, 21-25, 25-20, 25-22, 17-15) 17:00. “Murov” – “Sərhədçi” – 3-0 (25-13, 25-8, 25-15)
N |
Komanda |
O |
Q |
M |
S |
T |
X |
1. |
Murov |
9 |
8 |
1 |
24-6 |
715-528 |
23 |
2. |
Neftçi |
9 |
7 |
2 |
24-8 |
773-608 |
22 |
3. |
Xilasedici |
8 |
7 |
1 |
22-4 |
636-502 |
21 |
4. |
MOİK |
10 |
6 |
4 |
21-15 |
806-765 |
18 |
5. |
Azərreyl |
8 |
3 |
5 |
9-15 |
498-556 |
9 |
6. |
Ekspress |
9 |
2 |
7 |
7-21 |
519-649 |
6 |
7. |
Gürcüstan |
4 |
0 |
4 |
1-12 |
275-344 |
0 |
8. |
Sərhədçi |
9 |
0 |
9 |
0-27 |
403-675 |
0 |