Azerrail VC

Xəbərlər

Xəbərlər

MUROV XİLASEDİCİYƏ QALİB GƏLDİ

2019-2020 mövsümündə kişi komandaları arasında keçirilən Yüksək Liqa yarışlarında I dövrə çərçivəsində növbət oyunlar keçirilib.

Günün ilk oyunu Sərhədçi İdman Olimpiya Mərkəzində Sərhədçi və Neftçi komandaları arasında baş tutub. “Neftçi” rəqibinə “quru hesabla”  0-3 (10-25, 18-25, 18-25) qalib gəlib.

Ardınca günün 2-ci oyunu isə FHN-nin İdman və Sağlamlıq Kompleksində kçirilib. Yüksək Liqanın çoxdan gözlənilən qarşılaşması  “Xilasedici” və “Murov” komandaları arasında baş tutub.

Gərgin keçən mübarizədə ilk iki set  Murov  komandasının xeyrinə olsa da, 3-cü seti Xilasedici götürdü.

4-cü set oyunun son seti oldu və bu oyunda sevinən tərəf  1-3 (20-25, 23-25, 25-23, 16-25) hesabı ilə Fərid Calalovun yetirmələri  oldu. Beləliklə Murov komandası Turnir cədvəlində 3-cü yerdə qərarlaşdı.

Azərbaycan çempionatı
Kişilər, Yüksək Liqa
12 fevral

“Sərhədçi” - “Neftçi” 0-3 (10-25, 18-25, 18-25)
“Sərhədçi” İdman Olimpiya  Mərkəzi

“Xilasedici” – “Murov” – 1-3 (20-25, 23-25, 25-23, 16-25)
FHN-nin İdman-Sağlamlıq Kompleksi

N

Komanda

O

Q

M

S

T

X

1.

Neftçi

5

4

1

13-4

413-320

12

2.

Xilasedici

5

4

1

13-4

404-335

12

3.

Murov

5

4

1

12-6

415-352

11

4.

Azərreyl

3

2

1

6-3

204-182

6

5.

MOİK

4

1

3

6-9

318-338

4

6

Ekspress

5

1

4

3-12

265-351

3

7.

Gürcüstan

0

0

0

0-0

0-0

0

8.

Sərhədçi

5

0

5

0-15

234-375

0